Asan Aç

Şəhid Vüsal Babayevin ailəsi ziyarət edilib

4 noyabr 2023, 11:58
A+ A-
Şəhid Vüsal Babayevin ailəsi ziyarət edilib

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov şəhid baş leytenant Vüsal Babayevin ailəsini ziyarət edib.

Vətən müharibəsində şərəfli döyüş yolu keçən Vüsal Babayev Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə o, "Vətən uğrunda" və "Füzulinin azad edilməsinə görə" medalları ilə təltif olunub.

Görüşdə şəhidin xatirəsi yad edilib və onun daim qəlbimizdə yaşayacağı vurğulanıb.

Dövlət başçısının tapşırığına əsasən şəhid ailələri və müharibə veteranlarının geniş miqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduqları bildirilib. Ailənin yaşayışının hər zaman diqqətdə saxlanılacağı, şəhid ailələri üçün nəzərdə tutulan dəstək tədbirləri ilə əhatə olunacaqları qeyd edilib.

Şəhid Vüsal Babayevin həyat yoldaşı Aynur Babayeva dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılığını ifadə edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhid Vüsal Babayevin ailəsi ziyarət edilib
Şəhid Vüsal Babayevin ailəsi ziyarət edilib
Şəhid Vüsal Babayevin ailəsi ziyarət edilib
Şəhid Vüsal Babayevin ailəsi ziyarət edilib
Şəhid Vüsal Babayevin ailəsi ziyarət edilib
Şəhid Vüsal Babayevin ailəsi ziyarət edilib
Şəhid Vüsal Babayevin ailəsi ziyarət edilib
Şəhid Vüsal Babayevin ailəsi ziyarət edilib
Şəhid Vüsal Babayevin ailəsi ziyarət edilib

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi