DOST mərkəzlərində yeni rekord

15 noyabr 2023, 12:20
A+ A-
DOST mərkəzlərində yeni rekord

DOST mərkəzlərində rekord sayda vətəndaş müraciəti qeydə alınıb. Noyabrın 14-də mərkəzlərə ümumilikdə 5743 nəfər vətəndaş müraciət edib. Bu göstərici DOST mərkəzlərində indiyədək qeydə alınan ən yüksək nəticədir.

Gün ərzində 1 saylı Bakı DOST Mərkəzinə 992 nəfər, 2 saylı Bakı DOST Mərkəzinə 558 nəfər, 3 saylı Bakı DOST Mərkəzinə 1646 nəfər, 4 saylı Bakı DOST Mərkəzinə 995 nəfər, 5 saylı Bakı DOST Mərkəzinə 439 nəfər, Abşeron DOST Mərkəzinə 761 nəfər, Qarabağ Regional DOST Mərkəzinə isə 352 nəfər vətəndaş müraciət edib.

Müraciətlər, əsasən sosial müavinətlər (24.99 %), məşğulluq (21.45 %), pensiya (19.12 %), əlillik (5.05%), sosial xidmət (3.99 %), vahid əlaqələndirmə mərkəzi (2.77 %), əmək münasibətləri (0.85 %) və yardımçı xidmətlərlə (21.78 %) bağlı olub.

Hazırda ölkə üzrə 7 DOST Mərkəzi, həmçinin Zəngilan rayonunun Ağalı kəndində Smart DOST məntəqəsi fəaliyyət göstərir. Bu mərkəzlərdə indiyədək 1,8 milyondan çox vətəndaşa xidmət göstərilib. DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98,1 faiz təşkil edir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi