DOST Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
İlk olaraq Agentliyin Vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin Vətəndaş müraciətləri ilə iş şöbəsinin böyük mütəxəssisi Nigar Əliyeva "Xaric olan sənəd və müraciətlərin idarə olunması proseduru"nu yeni redaksiyada təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edib.
Daha sonra DOST Xidmətləri departamentinin Xidmətlərin monitorinqi şöbəsinin referenti Aytac Qədirova “DOST” mərkəzlərinin 2023-cü ilin oktyabr ayı üzrə fəaliyyətlərinin yekunlarına dair məlumatlandırma xarakterli hesabatı İdarə Heyətinə təqdim edib.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi