Asan Aç

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı ekspertlərlə görüş keçirildi

6 dekabr 2023, 15:13
A+ A-
Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı ekspertlərlə görüş keçirildi

DOST Agentliyində Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi Komissiyasının ekspertlər səviyyəsində görüşləri davam edir. Daha bir görüş “Əlilliyi olan şəxslərin məşğulluğu sahəsində mövcud şərait, yaradılmış imkanlar və çətinliklər” mövzusunda keçirilib.

Agentliyinin inzibati binasında baş tutan görüşdə ekspert qismində “Müstəqil Həyat Tərzi Əlillərə Dəstək” İctimai Birliyinin sədri Aydın Xəlilov və “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad Qasımov iştirak ediblər.

Ekspertlər tərəfindən səsləndirilən təkliflər Komissiya üzvləri tərəsindən dinlənilib, müvafiq qeydlər aparılıb və 2023-cü ilin hesabat nəticələri üçün məlumatlar əldə edilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi