Asan Aç

Əllilliyi olan şəxslər üçün “Sərhədsiz istedadlar” adlı sərgi-yarmarka keçiriləcək

11 dekabr 2023, 11:08
A+ A-
Əllilliyi olan şəxslər üçün “Sərhədsiz istedadlar” adlı sərgi-yarmarka keçiriləcək

Dekabrın 20-də Bakı Dövlət Universitetində (BDU) “Sərhədsiz istedadlar” adlı sərgi-yarmarka keçiriləcək. DOST Agentliyi və BDU-nun birgə təşkilatçılığı ilə təşkil olunacaq tədbirin məqsədi əlilliyi olan şəxslərin hüquq, bilik və bacarıqları, eləcə də onlar üçün yaradılmış imkanlar barədə geniş məlumatlandırmanın aparılmasıdır.

Layihə çərçivəsində əlilliyi olan şəxslərin əl işlərinin nümayişi və yarmarkası təşkil olunacaq, həmçinin əlilliyi olan tələbə və gənclərin çıxışları, o cümlədən müxtəlif ideya və layihələri dinləniləcək. Tədbirdə səsləndirilən ən uğurlu layihə və təkliflər tərəfdaş qurumlar tərəfindən dəstəklənəcək. Tədbirin gedişində müxtəlif müsabiqə və startap layihələrinin keçirilməsi barədə elanlar veriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Sərhədsiz istedadlar” adlı sərgi-yarmarka DOST Agentliyi ilə Bakı Dövlət Universiteti arasında imzalanmış Anlaşma Memorandumunun icrası üzrə Birgə Fəaliyyət Planı çərçivəsində həyata keçirilir. Layihənin məqsədi əlilliyi olan tələbələri cəmiyyətə tanıtmaq, müxtəlif özünüinkişaf proqramlarına marağını oyatmaq, özgüvənini artırıb yeni layihələrə həvəslə və tərəddüdsüz qoşulmasını təmin etməkdir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi