DOST əməkdaşları evdə sosial xidmət göstərilən vətəndaşın doğum gününü qeyd ediblər

21 dekabr 2023, 17:19
A+ A-
DOST əməkdaşları evdə sosial xidmət göstərilən vətəndaşın doğum gününü qeyd ediblər

Abşeron DOST Mərkəzinin əməkdaşları evdə (səyyar) sosial xidmət göstərilən vətəndaşın 89-cu ad gününü onunla birlikdə qeyd ediblər. Minayə Qəribovanı evində ziyarət edən DOST əməkdaşları onu doğum günü münasibətilə təbrik edib, Agentliyin rəhbərliyi və bütün kollektivi adından vətəndaşa ən xoş arzularını çatdırıblar.

Ziyarətdən məmnun qalan Minayə xanım ona göstərilən diqqətə görə təşəkkür edib.

Pirəkəşkül qəsəbəsində yaşayan Minayə Qəribovaya 2021-ci ildən etibarən Abşeron DOST Mərkəzi tərəfindən sosial xidmət göstərilir. Mərkəzin sosial xidmətçiləri tərəfindən vətəndaşa yemək hazırlanması, zəruri ərzaq və məişət mallarının alınması, həkimin təyinatı ilə aptekdən dərman alınması, kommunal xərclərin ödənilməsi və digər xidmətlər təqdim edilir.

Qeyd edək ki, DOST Agentliyi tərəfindən sosial baxımdan həssas əhali qrupundan olan şəxslər üçün bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi