Nazir Sahil Babayev Şamaxıda vətəndaşları qəbul edib

22 dekabr 2023, 16:33
A+ A-
Nazir Sahil Babayev Şamaxıda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şamaxı şəhərində Şamaxı və İsmayıllı rayonlarının sakinlərini qəbul edib.

Qəbuldan əvvəl S.Babayev və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşlar aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma, əlillik, ünvanlı dövlət sosial yardımı, mənzil və avtomobil təminatı və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq  proqramlarına, habelə özünüməşğulluq proqramına, reabilitasiya xidmətlərinə cəlb edilmələri üçün qeydiyyata alınıblar.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi