DOST Agentliyi tərəfindən yaradılan “Ahıllar Klubu”nun növbəti görüşü baş tutub. 5 saylı Bakı DOST Mərkəzində keçirilən tədbirin budəfəki qonağı Azərbaycan Respublikasının əməkdar artisti Bəhram Bağırzadə olub. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarına həsr olunmuş görüş səmimi söhbət mühitində keçib.
Bəhram Bağırzadə öz gəncliyi və fəaliyyəti haqqında təəssüratlarını bölüşüb. 84 kitab müəllifi olan Bəhram Bağırzadə yeni nəşr olunmuş “Xankəndi” adlı kitabını qonaqlara hədiyyə edib.
Görüş zamanı Bəhram Bağırzadə iştirakçıların müxtəlif suallarını da cavablandırıb. Klubun üzvləri onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.
Xatırladaq ki, “Ahıllar Klubu” DOST mərkəzləri üzrə evdə (səyyar) sosial xidmətlər göstərilən şəxslərin sosial aktivliyə cəlb edilməsi məqsədi ilə yaradılıb.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi