Asan Aç

“Könüllü Klubları” layihəsi çərçivəsində növbəti təlim

6 fevral 2024, 16:58
A+ A-
“Könüllü Klubları” layihəsi çərçivəsində növbəti təlim

“Caspian Energy Club”ın baş icraçı direktoru Telman Əliyev 5 saylı Bakı DOST Mərkəzində olub.Könüllülərlə iş şöbəsinin müdiri Solmaz Həsənova qonağı "Könüllü DOST" proqramı ilə tanış edib.

Daha sonra Telman Əliyev Agentliyin “Könüllü DOST” proqramının üzvlərinə "Gələcək biznes ideyasının formalaşdırılması" mövzusunda təlim keçib. Təlim “Könüllü Klubları” layihəsinin “Fərdi İnkişaf” klubu çərçivəsində baş tutub. Görüş qarşılıqlı diskussiya şəklində davam edib. Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Könüllü Klubları” layihəsi 2022-ci ildən etibarən 12 müxtəlif istiqamət üzrə fəaliyyət göstərir. Layihənin əsas məqsədi cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, habelə asudə vaxtlarının daha səmərəli təşkilidir.

“Könüllü Klubları” layihəsi çərçivəsində növbəti təlim
“Könüllü Klubları” layihəsi çərçivəsində növbəti təlim
“Könüllü Klubları” layihəsi çərçivəsində növbəti təlim
“Könüllü Klubları” layihəsi çərçivəsində növbəti təlim
“Könüllü Klubları” layihəsi çərçivəsində növbəti təlim
“Könüllü Klubları” layihəsi çərçivəsində növbəti təlim
“Könüllü Klubları” layihəsi çərçivəsində növbəti təlim
“Könüllü Klubları” layihəsi çərçivəsində növbəti təlim
“Könüllü Klubları” layihəsi çərçivəsində növbəti təlim

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi