1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları Prezident seçkiləri ilə əlaqədar evdə (səyyar) sosial xidmət göstərilən vətəndaşı ziyarət ediblər.
Ziyarət zamanı bəlli olub ki, 88 yaşlı Gülmirə Əliyeva seçki məntəqəsinə gedərək səsvermədə iştirak etmək istəyir. Lakin səhhəti ilə bağlı problemləri ona bunu etməyə çətinlik yaradır. Gülmirə xanım 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşlarının yardımı ilə uzun illər çalışdığı, əməkdar müəllim adını aldığı məktəbdə yaradılan seçki məntəqəsində səs verib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi