Yanvar ayında DOST mərkəzlərində 66 min vətəndaşa xidmət göstərilib

15 fevral 2024, 15:56
A+ A-
Yanvar ayında DOST mərkəzlərində 66 min vətəndaşa xidmət göstərilib

Bu ilin yanvar ayında DOST mərkəzlərində 66 min vətəndaşa xidmət göstərilib. 

DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində növbəti addım olaraq ötən il avqustun 7-də Prezident İlham Əliyevin iştirakı ilə Bərdədə Qarabağ Regional DOST mərkəzinin açılışı olub. Beləliklə, DOST mərkəzlərinin sayı 7-ə çatıb. 

 Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında 159 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim olunur. 

DOST mərkəzlərində ötən dövrdə ümumilikdə 2 milyondan çox vətəndaşa xidmət göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu  98,1 faizdir. 

Yanvar ayında DOST “142” Çağrı mərkəzi tərəfindən isə 142 min vətəndaş müraciəti cavablandırılıb. “Könüllü DOST” proqramı iştirakçılarının sayı da artmaqda davam edib. Ötən ay proqrama 1178 müraciət olub və daha 125 nəfər DOST könüllüləri sırasına cəlb edilib. 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi