Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə gündəlikdə olan məsələlər müzakirə olunub.
İclasda DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin əsasnaməsinin yeni redaksiyada təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edilib. Həmçinin Agentliyin Aparatı və “DOST” mərkəzlərində elektron yazışmaların tənzimlənməsinə dair prosedurun yeni redaksiyada təsdiq edilməsi üçün müzakirəyə çıxarılıb.
Görüşdə DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabat verilib.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi