Asan Aç

DOST əməkdaşları evdə sosial xidmət göstərilən vətəndaşları təbrik ediblər

7 mart 2024, 18:08
A+ A-
DOST əməkdaşları evdə sosial xidmət göstərilən vətəndaşları təbrik ediblər

“DOST” mərkəzlərinin əməkdaşları evdə (səyyar) sosial xidmət göstərilən tənha ahıl və əlilliyi olan xanımları ziyarət ediblər. Ziyarətlər 4 saylı Bakı DOST Mərkəzi və Abşeron DOST Mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilib. DOST əməkdaşları onları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, Agentliyin rəhbərliyi və bütün kollektivi adından ən xoş arzularını çatdırıblar.

Xanımlar onlara dəyər verdikləri üçün DOST Agentliyinin rəhbərliyi və bütün əməkdaşlarına təşəkkür ediblər.

Qeyd edək ki, DOST Agentliyi tərəfindən sosial baxımdan həssas əhali qrupundan olan şəxslər üçün bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi