Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
İclasda “DOST” mərkəzlərinin 2024-cü ilin fevral ayı üzrə fəaliyyətlərinin yekunlarına dair hesabat dinlənilib. Məlumat xarakterli hesabatı DOST Xidmətləri departamentinin Səyyar və sosial xidmətlərin təşkili şöbəsinin mütəxəssisi Fərid Əzizov təqdim edib.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi