DOST mərkəzlərinin əməkdaşları evdə (səyyar) sosial xidmətlər göstərilən tənha yaşayan ahılları ziyarət ediblər. Novruz bayramı münasibətilə təşkil olunan görüşlərdə əməkdaşlar tənha ahılları əlamətdar gün münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıblar.
Ahıl şəxslər onlara verdikləri dəyər və diqqətə görə DOST Agentliyinin rəhbərliyi və bütün əməkdaşlarına təşəkkür ediblər.
Qeyd edək ki, hazırda DOST mərkəzlərinin 79 sosial xidmətçisi tərəfindən, qanunvericiliklə müəyyən edilmiş qaydada, vətəndaşlara evdə (səyyar) sosial xidmət göstərilir. DOST əməkdaşlarının evdə (səyyar) sosial xidmət göstərdiyi vətəndaşların sayı isə 849 nəfərdir.
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi