Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
İclasda yeni yaradılan vəzifələr üzrə təlimatlar təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edilib. Həmçinin DOST Çağrı Mərkəzi 142-yə daxil olan təkrar zənglərin məhdudlaşdırılması ilə bağlı təqdimat nümayiş olunub.
Görüşdə DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabat verilib.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi