Azərbaycanda ilk sosial televiziya – DOST TV fəaliyyətə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi olan İnternet televiziyası əmək, məşğulluq, sosial müdafiə və sosial təminat mövzuları üzrə verilişlər, xəbərlər yayımlamaqla, izləyici suallarının birbaşa cavablandırılmasını da təmin edəcək.
Bu gün DOST TV-nin ilk efir günüdür. “Sosial saat” verilişinin qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev olub.
Verilişi aşağıdakı link vasitəsilə canlı izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=10yTv7VWk2A&t=46s
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi