Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
İclasda “DOST Agentliyinin 2023-2026-cı illər üzrə Strateji Planının 2023-cü il üzrə icra vəziyyətinə dair Hesabat” təqdim edilib. Həmçinin “DOST” mərkəzlərinin 2024-cü ilin mart ayı üzrə fəaliyyətlərinin yekunlarına dair hesabat dinlənilib.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi