Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində növbəti görüş keçirilib

9 aprel 2024, 16:11
A+ A-
Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində növbəti görüş keçirilib

DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş keçirilib. Tədbirdə Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən görülən işlər, o cümlədən müvafiq sahədə dövlət monitorinqinin təşkilinin məqsəd və vəzifələri barədə danışıb.

DOST Agentliyinin Strateji planlaşdırma, məlumatların idarə edilməsi və təhlil departamentinin müdiri Şahin Zülfüqarov dövlət monitorinqi çərçivəsində görülən işlər barədə danışıb, həmçinin 2024-cü ilin monitorinq məqsədləri, qarşıda duran vəzifələr və s. mövzularla bağlı məlumat verib.

Tədbirdə “Bakının yeni Baş planı: müyəssər şəhər konsepsiyasının reallaşma imkanları” mövzusunda müzakirələr aparılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdir müavini Şahnaz Bədəlova Bakının yeni Baş planına əsasən müyəssərliyin təmin edilməsi imkanları ilə bağlı çıxış edib. Çıxışda Bakı şəhərində müyəssərliyin təmin olunması sahəsində görülən işlər və gələcək planlar barədə məlumat verib.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları öz rəy və təkliflərini səsləndiriblər.

Sonda Fərid Məmmədov bu cür görüşlərin davamlı keçiriləcəyini, səsləndirilən rəy və təkliflərin komissiya tərəfindən nəzərə alınacağını qeyd edib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi