"İnklüzivlik ayı” layihəsinə start verildi

17 aprel 2024, 16:18
A+ A-

DOST Agentliyində “Könüllü DOST” proqramının 5 illiyinə həsr olunmuş “İnklüzivlik ayı” layihəsinin icrasına başlanılıb. “Korporativ DOST” altproqramı çərçivəsində həyata keçirilən layihənin ilk günündə autizm sindromlu gənclər üçün xüsusi hazırlanmış “DOST sirri” adlı müsabiqə təşkil olunub. Autizm Mərkəzinin inzibati binasında keçirilən müsabiqədə autizm sindromlu gənclər könüllülərlə birlikdə Mərkəz daxilində gizlədilmiş “açarlar”la “DOST sirri”ni açmaq uğrunda mübarizə aparıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş 2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyasının icrası ilə bağlı həyata keçirilən “İnklüzivlik ayı” layihəsi 4 həftə davam edəcək. Layihənin məqsədi autizm və daun sindromlu gənclərin, o cümlədən görmə qabiliyyəti məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların asudə vaxtlarının səmərəli keçirilməsi və Korporativ Sosial Məsuliyyətlilik çərçivəsində dövlət və özəl təşkilatlarla əlaqələrin inkişaf etdirilməsidir.

Layihə “PAŞA Sığorta” ASC-nin baş sponsorluğu, “McDonald's Azerbaijan”, “Təmiz Şəhər” ASC, “LİBRAFF” kitab mağazaları şəbəkəsi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Natavan Gallery&Club”-ın sponsorluğu, Birgə və Sağlam İctimai Birliyi, Qayğı - Sağlam Nəsil Naminə İctimai Birliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Gözdən Əlillər Cəmiyyətinin tərəfdaşlığı ilə həyata keçirilir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi