DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov BSTA-nın prezidenti ilə görüşüb

17 aprel 2024, 17:34
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov BSTA-nın prezidenti ilə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Portuqaliyanın Porto şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumunda iştirak edir.

Forum çərçivəsində DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun BSTA-nın prezidenti Məhəmməd Azmanla görüşü baş tutub. Tədbirdə Fərid Məmmədov tərəfindən DOST Agentliyinin fəaliyyəti, xidmət prosesi, son dövrlərdə Agentlikdə həyata keçirilən yeniliklər barədə məlumat verilib.

Görüşdə təcrübə və məlumat mübadiləsi, eləcə də qarşılıqlı faydalı əməkdaşlığa dair müzakirələr aparılıb.

Qeyd edək ki, Portuqaliyanın Porto şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumunda DOST Agentliyi Ən yaxşı təcrübə üzrə 4 mükafatla təltif edilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi