DOST Agentliyinin nümayəndə heyəti BSTA-nın qlobal forumunda iştirak edib

17 aprel 2024, 18:42
A+ A-
DOST Agentliyinin nümayəndə heyəti BSTA-nın qlobal forumunda iştirak edib

DOST Agentliyinin nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Portuqaliyanın Porto şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumunda iştirak edir.

Forum çərçivəsində Agentliyin nümayəndə heyəti müxtəlif ölkələrdən olan təşkilatların rəhbər şəxsləri ilə bir sıra ikitərəfli və çoxtərəfli işgüzar görüşlər keçirib. Həmin görüşlərdə DOST Agentliyinin fəaliyyəti, xidmət prosesi və iş prinsipi barədə geniş məlumat verilib. Sosial təminat sahəsində əlaqələrin genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb.

Qeyd edək ki, DOST Agentliyi 2023-cü ilin yanvar ayında Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzv seçilib. Fəaliyyətə başladığı dövrdən Agentlik BSTA-nın bir çox mükafat və sertifikatları ilə təltif olunub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi