Qonaqlar 1 saylı DOST Mərkəzi ilə tanış olublar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində ölkəmizdə səfərdə olan Keniyanın Baş nazirinin müşaviri Karaqo Cozef Maquanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Görüşdən əvvəl qonaqlar 1 saylı DOST Mərkəzi, burada əhaliyə göstərilən xidmətlərlə tanış olublar.
Nümayəndə heyəti ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ölkəmizdə aparılan sosial islahatlar, DOST konsepsiyası barədə məlumat verib. Sosial sahədə icra olunan elektronlaşdırma proqramından, innovativ həllərin geniş tətbiqi istiqamətində görülən işlərdən bəhs olunub.
İki ölkə arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində də əməkdaşlığın qurularaq inkişaf etdirilməsi üçün potensial olduğu vurğulanıb.
K.C.Maqua Azərbaycana səfər etmələrindən məmnunluğunu bildirib, ölkəsinin sosial müdafiə sistemindəki yenilikləri qeyd edib. Bu sahədə ikitərəfli təcrübə mübadilələrinin önəmli ola biləcəyini diqqətə çatdırıb.
Görüşdə sosial sahədə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi