Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
İclasda Keyfiyyətin idarə edilməsi, həmçinin Beynəlxalq əlaqələr və layihələr üzrə 2024-cü ilə dair fəaliyyətlə bağlı təqdimat nümayiş olunub.
Daha sonra "DOST Agentliyində işçilərin motivasiyasının təmin edilməsi", "DOST Agentliyində vətəndaşa birbaşa xidmət göstərən işçilərin fəaliyyətinin qiymətləndirilməsi", "DOST Agentliyində hədəf əsaslı fəaliyyətin qiymətləndirilməsi" və
"Məhkəmə işləri üzrə qeydiyyat, nümayəndəlik və hesabatların tərtib edilməsi"nə dair Prosedur sənədləri yeni redaksiyada təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edilib.
Görüşdə DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabat dinlənilib.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi