Asan Aç

Asiya İnkişaf Bankının nümayəndə heyəti DOST Mərkəzi ilə tanış olub

3 may 2024, 11:48
A+ A-
Asiya İnkişaf Bankının nümayəndə heyəti DOST Mərkəzi ilə tanış olub

Asiya İnkişaf Bankının (AİB) sektorlar qrupunun İnsan və Sosial İnkişaf sektoru ofisinin direktoru Sofia Şakilin başçılıq etdiyi nümayəndə heyəti DOST Agentliyində olub.

Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub, DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi barədə onlara məlumat verilib.

Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov nümayəndə heyətinə DOST konsepsiyası barədə ətraflı məlumat verib. O qeyd edib ki, dövlət sosial xidmətlərində vətəndaş məmnunluğuna imkan yaradan DOST konsepsiyası Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsüdür və Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb.

DOST mərkəzlərində ötən dövrdə 2,5 milyondan çox vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98 faiz üzərində olduğu bildirilib. Görüşdə DOST modelinin innovativ üstünlükləri və nailiyyətləri, bu konsepsiyanın dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi və beynəlxalq uğurları diqqətə çatdırılıb.

Tədbirdə qonaqlar üçün DOST konsepsiyasına dair təqdimat nümayiş etdirilib.

Görüşdə qurumlar arasında əməkdaşlıq perspektivləri müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi