Asan Aç

BMT nümayəndələri DOST Agentliyində olub

8 may 2024, 15:56
A+ A-
BMT nümayəndələri DOST Agentliyində olub

Birləşmiş Millətlər Təşkilatının İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin üzvü Aslan Abaşidze və Mediasiya Şurasının İdarə Heyətinin sədri, Birləşmiş Millətlər Təşkilatının İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin Azərbaycandan olan üzvü Nadir Adilov DOST Agentliyində olub.

Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub, DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi barədə onlara məlumat verilib.

Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov nümayəndə heyətinə DOST konsepsiyası barədə ətraflı məlumat verib. DOST mərkəzlərində ötən dövrdə 2,5 milyondan çox vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98 faiz üzərində olduğu bildirilib. DOST modelinin innovativ üstünlükləri və nailiyyətləri, bu konsepsiyanın dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi və beynəlxalq uğurları diqqətə çatdırılıb.

Tədbirdə qonaqlar üçün DOST konsepsiyasına dair təqdimat nümayiş etdirilib.

Görüşdə sosial sahədə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi