Asan Aç

“İnklüzivlik ayı” çərçivəsində şahmat turniri keçirilib

15 may 2024, 09:42
A+ A-
“İnklüzivlik ayı” çərçivəsində şahmat turniri keçirilib

DOST Agentliyində “Könüllü DOST” proqramının 5 illiyinə həsr olunmuş “İnklüzivlik ayı” layihəsi çərçivəsində "İnklüziv şahmat turniri" baş tutub.

Həssas kateqoriyadan olan, görmə məhdudiyyətli şəxslərin iştirakı ilə keçirilən turnir Gözdən Əlillər Cəmiyyətinin və "ŞAH&mat" klubunun tərəfdaşlığı ilə həyata keçirilib. Yarışın sonunda qaliblərə simvolik hədiyyələr təqdim edilib.

Layihənin məqsədi autizm və daun sindromlu gənclərin, o cümlədən görmə məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların asudə vaxtlarının səmərəli keçirilməsi və Korporativ Sosial Məsuliyyətlilik çərçivəsində dövlət və özəl təşkilatlarla əlaqələrin inkişaf etdirilməsidir.

Layihə “PAŞA Sığorta” ASC-nin baş sponsorluğu, “McDonald’s Azerbaijan”, “Təmiz Şəhər” ASC, “LİBRAFF” kitab mağazaları şəbəkəsi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan Gənclər Fondu, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "ŞAH&mat" klubu, "Art&Creativity Club", “Natavan Gallery&Club”-ın sponsorluğu, Birgə və Sağlam İctimai Birliyi, Qayğı – Sağlam Nəsil Naminə İctimai Birliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Gözdən Əlillər Cəmiyyətinin tərəfdaşlığı ilə həyata keçirilir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi