Asan Aç

DOST Agentliyində ISO beynəlxalq standartları barədə info-sessiyalara start verilib

15 may 2024, 16:35
A+ A-
DOST Agentliyində ISO beynəlxalq standartları barədə info-sessiyalara start verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin fəaliyyətində beynəlxalq keyfiyyət standartları ilə işin təşkili davam edir. Əməkdaşların ISO beynəlxalq standartları barədə məlumatlandırılması məqsədilə info-sessiyalara başlanılıb. İnfo-sessiyalar Agentlikdə tətbiq olunan standartlar üzrə keçirilir.

İlk sessiya 1 və 2 saylı Bakı DOST mərkəzlərinin əməkdaşları üçün təşkil edilib. Sessiya Agentliyin Keyfiyyətin idarə edilməsi üzrə koordinatoru Nigar Quliyeva tərəfindən keçirilib. ISO standartlarının yaranma tarixçəsi, Agentlikdə tətbiq edilən ISO standartlarının tələb və prinsipləri, qayda və siyasətlər haqqında məlumat verilib. Bundan əlavə, davamlı təkmilləşdirmə və əməliyyat mükəmməlliyinə təkan vermək üçün tətbiq edilən İnteqrəedilmiş Menecment Sistemi yanaşması və Proses yanaşmasından (PDCA modeli) istifadənin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, DOST Agentliyində 2022-ci ildən etibarən 4 istiqamət üzrə ISO standartları tətbiq edilir. Bunlar ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemləri, ISO 26000:2010 Sosial məsuliyyət üzrə rəhbərlik, ISO 10002:2018 Müştəri məmnuniyyəti - Təşkilatda şikayətlərin idarə edilməsi üzrə rəhbərlik və ISO 37001:2016 Rüşvətxorluğa qarşı idarəetmə sistemləridir. Agentlikdə ISO standartlarının tətbiqi əməliyyatların səmərəliliyini və effektivliyini artırır, vətəndaşlar və maraqlı tərəflər arasında etimadı və etibarı gücləndirir, riskləri azaldır və davamlı təkmilləşdirmə mədəniyyətini inkişaf etdirir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi