“İnklüzivlik ayı” çərçivəsində növbəti tədbir keçirilib

23 may 2024, 14:39
A+ A-
“İnklüzivlik ayı” çərçivəsində növbəti tədbir keçirilib

DOST Agentliyinin “Könüllü DOST” proqramının 5 illiyinə həsr olunmuş “İnklüzivlik ayı” layihəsi çərçivəsində “Ekoterapiya" və “Tullantıdan-incəsənətə” adlı tədbirlər keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən tədbirdə görmə məhdudiyyətli uşaqlarla 5 nömrəli Respublika xüsusi internat məktəbinin həyətyanı sahəsində güllər əkilib.

Daha sonra görmə məhdudiyyətli uşaqlar tərəfindən müxtəlif materiallarından hazırlanmış xüsusi ekogeyimlərin nümayişi həyata keçirilib.

“İnklüzivlik ayı” layihəsinin məqsədi autizm və daun sindromlu gənclərin, o cümlədən görmə qabiliyyəti məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların asudə vaxtlarının səmərəli keçirilməsi və Korporativ Sosial Məsuliyyətlilik çərçivəsində dövlət və özəl təşkilatlarla əlaqələrin inkişaf etdirilməsidir.

Layihə “PAŞA Sığorta” ASC-nin və “Badamlı Mineral Sular” MMC-nin baş sponsorluğu, “McDonald’s Azerbaijan”, “Təmiz Şəhər” ASC, “LİBRAFF” kitab mağazaları şəbəkəsi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan Gənclər Fondu, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "ŞAH&mat" klubu, "Art&Creativity Club", “Natavan Gallery&Club”-ın sponsorluğu, Birgə və Sağlam İctimai Birliyi, Qayğı – Sağlam Nəsil Naminə İctimai Birliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Gözdən Əlillər Cəmiyyətinin tərəfdaşlığı ilə həyata keçirilir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi