Autizm və daun sindromlu uşaqlar üçün rəsm üzrə ustad dərsləri keçirildi

24 may 2024, 13:04
A+ A-
Autizm və daun sindromlu uşaqlar üçün rəsm üzrə ustad dərsləri keçirildi

DOST Agentliyinin “Könüllü DOST” proqramının 5 illiyinə həsr olunmuş “İnklüzivlik ayı” layihəsi çərçivəsində rəsm üzrə ustad dərsləri keçirilib.

Tədbirdə daun və autizm sindromlu uşaqlar iştirak ediblər. Onlar öz bacarıqlarını nümayiş etdirib, müxtəlif mövzularda rəsmlər çəkiblər.

Layihənin məqsədi autizm və daun sindromlu gənclərin, o cümlədən görmə məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların asudə vaxtlarının səmərəli keçirilməsi və Korporativ Sosial Məsuliyyətlilik çərçivəsində dövlət və özəl təşkilatlarla əlaqələrin inkişaf etdirilməsidir.

Layihə “PAŞA Sığorta” ASC-nin və “Badamlı Mineral Sular” MMC-nin baş sponsorluğu, “McDonald’s Azerbaijan”, “Təmiz Şəhər” ASC, “LİBRAFF” kitab mağazaları şəbəkəsi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan Gənclər Fondu, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “ŞAH&mat” klubu, “Art&Creativity Club”, “Natavan Gallery&Club”-ın sponsorluğu, Birgə və Sağlam İctimai Birliyi, Qayğı – Sağlam Nəsil Naminə İctimai Birliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Gözdən Əlillər Cəmiyyətinin tərəfdaşlığı ilə həyata keçirilir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi