DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

29 may 2024, 13:00
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.

İclasda DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib. Maliyyə və mühasibatlıq departamentinin Maliyyə, büdcə və ödənişlər şöbəsinin mütəxəssisi Sədaqət Abdinova və Satınalmalar və təminat departamentinin Mərkəzi təminat şöbəsinin böyük mütəxəssisi Vyaçeslav Kuimov mövzu ilə bağlı İdarə Heyətini məlumatlandırıblar.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi