“İnklüzivlik ayı” çərçivəsində növbəti tədbir keçirilib

29 may 2024, 17:39
A+ A-
“İnklüzivlik ayı” çərçivəsində növbəti tədbir keçirilib

DOST Agentliyinin “Könüllü DOST” proqramının 5 illiyinə həsr olunmuş “İnklüzivlik ayı” layihəsi çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş növbəti tədbir baş tutub.

Daun Sindromlu şəxslərin Reabilitasiya Mərkəzində baş tutan tədbir "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyin tərəfdaşlığı, “PASHA Sığorta” ASC və “Badamlı Mineral Sular” MMC-nin baş sponsorluğu, eləcə də Mc Donalds Azerbaijan’ın sponsorluğu ilə həyata keçirilib.

Tədbir çərçivəsində Könüllü DOSTlarımız daun sindromlu uşaqlarla birlikdə quş yuvaları hazırlayaraq Mərkəzin həyətyanı sahəsindəki ağaclara bərkidiblər.

Layihənin məqsədi autizm və daun sindromlu gənclərin, o cümlədən görmə məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların asudə vaxtlarının səmərəli keçirilməsi və Korporativ Sosial Məsuliyyətlilik çərçivəsində dövlət və özəl təşkilatlarla əlaqələrin inkişaf etdirilməsidir.

Layihə “PAŞA Sığorta” ASC-nin və “Badamlı Mineral Sular” MMC-nin baş sponsorluğu, “McDonald’s Azerbaijan”, “Təmiz Şəhər” ASC, “LİBRAFF” kitab mağazaları şəbəkəsi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan Gənclər Fondu, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "ŞAH&mat" klubu, "Art&Creativity Club", “Natavan Gallery&Club”-ın sponsorluğu, Birgə və Sağlam İctimai Birliyi, Qayğı – Sağlam Nəsil Naminə İctimai Birliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Gözdən Əlillər Cəmiyyətinin tərəfdaşlığı ilə həyata keçirilir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi