“İnklüzivlik ayı” çərçivəsində keramika üzrə ustad dərsləri keçirilib

30 may 2024, 14:48
A+ A-
“İnklüzivlik ayı” çərçivəsində keramika üzrə ustad dərsləri keçirilib

DOST Agentliyinin “Könüllü DOST” proqramının 5 illiyinə həsr olunmuş “İnklüzivlik ayı” layihəsi çərçivəsində keramika üzrə ustad dərsləri keçirilib.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda baş tutan tədbir çərçivəsində Könüllü DOSTlarımız daun və autizm sindromlu şəxslərlə birlikdə keramikadan müxtəlif məhsullar hazırlayıblar.

Layihənin məqsədi autizm və daun sindromlu gənclərin, o cümlədən görmə məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların asudə vaxtlarının səmərəli keçirilməsi və Korporativ Sosial Məsuliyyətlilik çərçivəsində dövlət və özəl təşkilatlarla əlaqələrin inkişaf etdirilməsidir.

Layihə “PAŞA Sığorta” ASC-nin və “Badamlı Mineral Sular” MMC-nin baş sponsorluğu, “McDonald’s Azerbaijan”, “Təmiz Şəhər” ASC, “LİBRAFF” kitab mağazaları şəbəkəsi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan Gənclər Fondu, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "ŞAH&mat" klubu, "Art&Creativity Club", “Natavan Gallery&Club”-ın sponsorluğu, Birgə və Sağlam İctimai Birliyi, Qayğı – Sağlam Nəsil Naminə İctimai Birliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Gözdən Əlillər Cəmiyyətinin tərəfdaşlığı ilə həyata keçirilir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi