Müavinətin təyin olunması şərti:
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda
Müavinətin məbləği:
Aylıq müavinətin miqdarı dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə dövlət məvacibinin 15 faizini təşkil edir
Müavinətin təyin olunması şərti:
Əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə
Müavinətin məbləği:
220 manat
Müavinətin təyin olunması şərti:
Əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda
Müavinətin məbləği:
orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 300 manat
orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 250 manat
orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 180 manat
Müavinətin təyin olunması şərti:
Əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda; yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə
Müavinətin məbləği:
140 manat
Müavinətin təyin olunması şərti:
3 yaşınadək uşağa qulluq göstərən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdə olduqda
Müavinətin məbləği:
bir yaş yarımadək uşağa qulluğa görə - 44 manat,
uşağın bir yaş yarımdan üç yaşınadək qulluğa görə isə - 28 manat
Müavinətin təyin olunması şərti:
Şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda
Müavinətin məbləği:
140 manat
Müavinətin təyin olunması şərti:
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda
Müavinətin məbləği:
140 manat
Müavinətin təyin olunması şərti:
Ailənin "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım almaq hüququ olduqda
Müavinətin məbləği:
140 manat
Müavinətin təyin olunması şərti:
“Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda
Müavinətin məbləği:
Keçmiş Prezidentə ödənilməli olan aylıq pensiyanın 50 faizi məbləği
Müavinətin təyin olunması şərti:
Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda
Müavinətin məbləği:
140 manat
Müavinətin təyin olunması şərti:
Valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən əlilliyi olan uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə)
Müavinətin məbləği:
Valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı övladlığa götürən şəxsə - hər uşaq üçün 240 manat
Əlilliyi olan uşağı övladlığa götürən şəxsə - hər uşaq üçün 600 manat
Müavinətin təyin olunması şərti:
Himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında 0-18 yaş arası uşağın, o cümlədən əlilliyi olan uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda
Müavinətin məbləği:
0-6 yaş arası uşağa görə 355 manat;
7-13 yaş arası uşağa görə 375 manat;
14-18 yaş arası uşağa görə 395 manat;
18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara münasibətdə:
0-6 yaş arası uşağa görə 500 manat;
7-13 yaş arası uşağa görə 600 manat;
14-18 yaş arası uşağa görə 650 manat
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi