Birdəfəlik müavinətlər

  • Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət

Müavinətin təyin olunması şərti:

şəxsin radiasiya qəzası nəticəsində əlilliyinin müəyyən edildiyini və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində əlilliyini təsdiq edən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərar təqdim edildikdə

Müavinətin məbləği:

300 manat

 

  • Uşağın anadan olmasına görə müavinət

Müavinətin təyin olunması şərti:

müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim edildikdə

Müavinətin məbləği:

500 manat

 

  • Dəfn üçün müavinət

Müavinətin təyin olunması şərti:

Aşağıda qeyd olunan müavinətlərdən biri təyin edilmiş şəxs və ya “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs, eyni zamanda sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə

  • dövlət qulluqçularına ömürlük müavinət;
  • yaşa görə müavinət;
  • əlilliyə görə müavinət;
  • ailə başçısını itirməyə görə müavinət.

Müavinətin məbləği:

Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində, digər hallarda isə 500 manat məbləğində dəfn üçün müavinət verilir.

 

  • Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə müavinət

Müavinətin təyin olunması şərti:

Qanunvericilikdə müəyyən edilmiş əsaslarla, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərə penitensiar müəssisələri tərəfindən verilən arayış təqdim edildikdə

Müavinətin məbləği:

Minimum əmək haqqının 4 misli məbləğində

 

  • Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət

Müavinətin təyin olunması şərti:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda

Müavinətin məbləği:

600 manat

 

  • Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət

Müavinətin təyin olunması şərti:

Himayədar valideynlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqaviləsi olduqda

Müavinətin məbləği:

200 manat

 

Müavinətlər tam məbləğdə və yalnız nağdsız qaydada ödənilir.

Sosial xidmət müəssisələrində yaşayan şəxslərə təyin olunmuş müavinət onlara tam məbləğdə ödənilir.

Cəzaçəkmə müəssisələrində və həbsdə saxlanılma yerlərində məhkumlara müavinət, məhkəmənin fərqli qərarı yoxdursa, tam məbləğdə ödənilir.

Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir.

Müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir.

Müavinət alan şəxsə verilməli olan və onun ölümü ilə əlaqədar alınmamış müavinətin məbləği Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ödənilir.

Sosial müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur.

Müavinətlərin təyin edilməsi ilə bağlı elektron xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi