Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin dostu” proqramına başlanılıb. Həmin proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə cəmiyyəti olan “DOST İş Mərkəzi” MMC tərəfindən icra olunur. Haqqı ödənilən ictimai işlər proqramı ilkin peşə, ixtisas hazırlığı olmayan işçi qüvvəsinin işlə təminatına imkan yaratdığı kimi, onların müxtəlif peşə sahələri üzrə bilik və bacarıqlara yiyələnmiş işçi qüvvəsinə çevrilməsinə də şərait yaradır.
2021-ci ilin yanvar ayından iri dövlət müəsisələri tərəfindən ictimai iş yeri “DOST İş Mərkəzi” MMC-yə ötürülüb. Həmin işlərdə çalışan şəxslərlə bağlanılan bütün mülki-hüquqi müqavilələr “DOST İş Mərkəzi” MMC tərəfindən artıq əmək müqaviləsi ilə əvəz edilib. Bu da həmin şəxslərin gələcək əmək və sosial təminat, pensiya, məzuniyyət hüquqlarının, həmçinin sosial sığorta sistemində iştirak etmək imkanlarının yaranmasına səbəb olur. İctimai işçilər əmək qanunvericiliyinə uyğun olaraq məzuniyyət hüququndan istifadə edir.
Məşğulluq imkanlarının artırılmasında mühüm rol oynayan haqqı ödənilən ictimai işlər proqramında sosial cəhətdən həssas qruplardan olan vətəndaşlara, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir. Haqqı ödənilən ictimai işlərdə iştirak etmək istəyən şəxslərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanır.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi 27 - Rich Plaza
İş qrafiki: Bazar ertəsi - cümə: 09:00-18:00
Telefon: (055) 204 91 96; (055) 204 91 97
E-poçt: dost_ish@sosial.gov.az
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi