Asan Aç

Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi

1. Xidmətin adı
Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
2. Xidmətin ID nömrəsi
03-02-01-00
3. Xidmətlər üzrə təsnifat
  • Əmək münasibətləri sahəsində işəgötürənlərə və işçilərə göstərilən xidmətlər
4. Xidməti həyata keçirən struktur bölmənin adı
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
5. Xidmətin hüquqi əsası

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

2. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı

6. Xidmət üzrə daxil olan müraciətlərin formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsilə
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
  • "DOST" mərkəzləri
  • Çağrı mərkəzi
  • Elektron sistemlər
8 Xidmət üzrə cavablandırma formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsi ilə
  • Çağrı mərkəzi vasitəsilə
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
9. Xidmətin nəticəsində imtina əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsası yoxdur
10. Xidmət istifadəçiləri
  • Əhali: Azərbaycan Respublikasının vətəndaşları
  • Əhali: Əcnəbilər (daimi yaşamaq hüququ olan)
  • Əhali: Vətəndaşlığı olmayan şəxslər (daimi yaşamaq hüququ olan)
  • Əhali: Fərdi sahibkarlar
  • Qeyri-əhali: Hüquqi şəxslər
11. Xidmətin icrasını təmin edən Nazirliyin struktur qurumu
  • DƏMX
12. Xidmətin həyata keçirilməsinin ümumi müddəti
  • dəqiqə
13. Xidmətin həyata keçirilməsi müddəti
20
14. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
  • dəqiqə
15. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
20
16. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
  • dəqiqə
17. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
0
18. DOST operatoru tərəfindən xidmətin icra müddəti üzrə standart (dəqiqə ilə)
20
19. Xidmət haqqı
  • Ödənişsiz
20. Xidmətin göstərilmə yeri
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
21. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlər
  • Şəxsiyyət vəsiqəsi
  • İşəgötürənin asan və ya elektron imzası
  • İşçinin işə qəbul ərizəsinin əsli
  • İşəgötürənin işə qəbul əmri
  • İşçi və işəgötürən arasında bağlanılmış yazılı əmək müqaviləsi
22. Xidmət üzrə addımlarla təlimat (DOST modeli)
  1. "DOST" mərkəzinə müraciət edən işəgötürən əmək məsələləri üzrə növbə götürür.
  2. Növbəsinə uyğun olaraq əmək məsələləri üzrə müvafiq masaya yaxınlaşır.
  3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən (MEİS) elektron məlumatların əldə edilməsi mümkün olmadıqda, müraciət edən şəxs tələb olunan sənədləri sosial agentə təqdim edir.
  4. Sosial agent təqdim edilən sənədlərin tamlığını yoxlayır və şəxsin e-sosial.az portalındakı məlumatlarını nəzərdən keçirir.
  5. Sosial agent tərəfindən işəgötürənin asan və ya elektron imzasının aktiv olması yoxlanılır.
  6. Müraciət edən işçi olduqda, “Əmək və Məşğulluq” altsistemi vasitəsilə şəxsin aktiv əmək müqaviləsi barədə məlumatlar yoxlanılır.
  7. Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı zəruri məlumatların “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilməsi üçün müvafiq köməklik göstərilir.
  8. Əmək müqaviləsinin qüvvəyə minməsi barədə bildiriş sosial agent tərəfindən çap edilərək işəgötürənə təqdim olunur.
23. Xidmət zamanı istifadə edilən informasiya sistemləri (resurslar və məlumatlar)
    24. MEİS-in strukturuna daxil olan altsistemlər
    • “Vətəndaşların qəbulu” altsistemi
    • "Əmək və Məşğulluq" altsistemi
    25. Xidmətin elektronlaşdırlma dərəcəsi
    • Tam
    26. Xidmətin avtomatlaşdırılma dərəcəsi
    • Avtomatlaşdırılmayan

    © 2023 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi