Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi

1. Xidmətin adı
Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi
2. Xidmətin məzmunu

İşəgötürənin müraciəti əsasında həmin işəgötürəndə yaradılmış əməyin mühafizəsi xidmətinin yenidən təşkilinin və ya ləğv edilməsinin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanılır və müvafiq rəy verilir

3. Xidmətin aid olduğu təsnifat
  • Əmək münasibətləri
4. Xidməti həyata keçirən dövlət qurumunun adı
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi)
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Nazirlik) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (Xidmət)
5. Xidmətin hüquqi əsası
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi
  • Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”
  • “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı
6. Xidmətin həyata keçirilmə formaları
  • Xidmət yerinə şəxsən və ya nümayəndəsi gəlməklə
  • Poçt vasitəsilə
  • Elektron qaydada
7. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
  • Elektron qaydada
  • Birbaşa (yerində)
  • Poçt vasitəsilə
8. Xidmətin həyata keçirilməsinin nəticəsi

Əməyin mühafizəsi xidmətlərinin yenidən təşkilinə razılıq verilir və ya imtina edilir

9. Xidmət istifadəçisi barədə məlumat
  • İşəgötürənlər
10. Xidmətin həyata keçirilməsi müddəti, xidmət haqqı, xidmət ödənişli olduqda ödənilmə üsulları
  • Müddət: 30 (otuz) iş günü
  • Xidmət haqqı: Ödənişsiz
11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
  • Elektron qaydada 7/24
  • Digər hallarda iş günlərində iş saatları ərzində
12. Xidmətin göstərilmə yeri
  • DOST mərkəzləri və filiallarının inzibati binası
  • Dövlət Əmək Müffəttişlik Xidmətin Aparatı və regional şöbələrinin inzibati binası
13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsasın olmaması
14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
  • işəgötürən tərəfindən əsaslandırma məktubu
  • mövcud ştat cədvəli
  • yeni ştat cədvəli
  • xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri elektron qaydada əldə etmək mümkün olmadıqda kağız üzərində təqdim edilir
15. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
  • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsi ilə bağlı DOST Agentliyinə və ya Xidmətə rəsmi müraciət edilir
  • Müraciətə Xidmətdə dəbaxılır və cavablandırılır
16. Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar

"İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan 30 gün müddətində yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər

17. Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
  • “e-sosial” portalı
  • “Elektron hökumət” portalı
  • Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi
18. Xidmətin elektronlaşma səviyyəsi
  • Elektronlaşdırılmayıb
19. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
  • Avtomatlaşdırılmayıb

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi