22. Xidmət üzrə addımlarla təlimat (DOST modeli)
Əlilliyin müəyyən edilməsi üçün müraciət (forma 88) səhiyyə müəssisəsindən TSERAS üzərindən elektron qaydada göndərilir və elektron qaydada təsdiq edilir. Xidmət tam elektron qaydada vətəndaşın iştirakı olmadan həyata keçirilir.
- "DOST" mərkəzinə müraciət edən vətəndaş əlilliyin qiymətləndirilməsinin nəticəsini öyrənilməsi məqsədilə əlillik istiqaməti üzrə növbə götürür.
- Növbəsinə uyğun olaraq müvafiq masaya yaxınlaşır.
- Sosial agent tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əlillik” (TSERAS) altsistemi vasitəsi ilə şəxsin əlilliyinin qiymətləndirilməsi vəziyyəti yoxlanılır.
- Şəxsə müraciətə baxılmasının nəticəsi barədə müvafiq məlumat verilir.