İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin ölümünün, qeyd edilən hadisələrlə əlaqəsinin müəyyənləşdirilməsi
1. Xidmətin adı
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin ölümünün, qeyd edilən hadisələrlə əlaqəsinin müəyyənləşdirilməsi
2. Xidmətin ID nömrəsi
04-03-03-00
3. Xidmətlər üzrə təsnifat
Əlillik və sağlamlıq imkanlarının məhdudluğu sahəsində göstərilən xidmətlər
4. Xidməti həyata keçirən struktur bölmənin adı
"DOST" mərkəzi
Regional "DOST" mərkəzi
"DOST" filialı
5. Xidmətin hüquqi əsası
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”
6. Xidmət üzrə daxil olan müraciətlərin formaları
Şəxsən
Qanuni nümayəndə vasitəsilə
Özünəxidmət (elektron sistemlər) vasitəsilə
Poçt vasitəsilə
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
"DOST" mərkəzləri
Çağrı mərkəzi
Elektron sistemlər
8 Xidmət üzrə cavablandırma formaları
Şəxsən
Qanuni nümayəndə vasitəsi ilə
Çağrı mərkəzi vasitəsilə
Özünəxidmət (elektron sistemlər) vasitəsilə
Poçt vasitəsilə
9. Xidmətin nəticəsində imtina əsasları
Sənədlərin natamamlığı
Hüquqi əsası yoxdur
10. Xidmət istifadəçiləri
Əhali: Azərbaycan Respublikasının vətəndaşları
11. Xidmətin icrasını təmin edən Nazirliyin struktur qurumu
DTSERA
12. Xidmətin həyata keçirilməsinin ümumi müddəti
dəqiqə
13. Xidmətin həyata keçirilməsi müddəti
0
14. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
dəqiqə
15. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
10
16. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
dəqiqə
17. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
0
18. DOST operatoru tərəfindən xidmətin icra müddəti üzrə standart (dəqiqə ilə)
10
19. Xidmət haqqı
Ödənişsiz
20. Xidmətin göstərilmə yeri
"DOST" mərkəzi
Regional "DOST" mərkəzi
"DOST" filialı
21. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlər
Şəxsiyyət vəsiqəsi
İstehsalat zədəsinin baş verməsini təsdiq edən akt və ya məhkəmənin qərarı
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənəd
22. Xidmət üzrə addımlarla təlimat (DOST modeli)
"DOST" mərkəzinə müraciət edən şəxs əlillik istiqaməti üzrə növbə götürür.
Növbəsinə uyğun olaraq əlillik istiqaməti üzrə müvafiq masaya yaxınlaşır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən (MEİS) elektron məlumatların əldə edilməsi mümkün olmadıqda, müraciət edən şəxs tələb olunan sənədləri sosial agentə təqdim edir.
Sosial agent tərəfindən sənədlərin tamlığı yoxlanılır.
Sosial agent tərəfindən MEİS-in “Əlillik” (TSERAS) altsistemi vasitəsi ilə şəxsin əlilliyi barədə məlumatlar yoxlanılır.
Altsistemdən alınmış məlumatlar müraciətə əlavə edilir.
Müvafiq qərarın qəbul edilməsi üçün müraciət sosial agent tərəfindən kargüzarlıq edilərək aidiyyəti üzrə Nazirliyin müvafiq struktur bölmələrinə göndərilir.
Müraciət yekunlaşdırılır və müraciəti təsdiq edən bildiriş iki nüsxədə çap edilərək bir nüsxəsi şəxsə təqdim edilir.
23. Xidmət zamanı istifadə edilən informasiya sistemləri (resurslar və məlumatlar)
e-sosial.az
MEİS (Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi)