Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki əlilliyi olan şəxslərin bərpa-müalicə mərkəzlərinə tibbi göndəriş verilməsi

1. Xidmətin adı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki əlilliyi olan şəxslərin bərpa-müalicə mərkəzlərinə tibbi göndəriş verilməsi
2. Xidmətin məzmunu
  • Əlilliyi olan şəxslərin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpası məqsədilə reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi
3. Xidmətin aid olduğu təsnifat
  • Əlillik
4. Xidməti həyata keçirən dövlət qurumunun adı
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi)
5. Xidmətin hüquqi əsası
  • “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
  • Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”
  • Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi”
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 avqust tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət reabilitasiya müəssisələrinin Nümunəvi Nizamnaməsi”
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 519 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 521 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin abilitasiyası Qaydası”
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 25 may tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti Qaydası”
6. Xidmətin həyata keçirilmə formaları
  • Xidmət yerinə şəxsən və ya nümayəndəsi gəlməklə
  • Səyyar formada
7. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
  • Elektron qaydada
  • Birbaşa (yerində)
  • Çağrı mərkəzi vasitəsilə məlumatlandırma
8. Xidmətin həyata keçirilməsinin nəticəsi
  • Əlilliyi olan şəxslərə Nazirliyin reabilitasiya müəssisələrində reabilitasiya xidməti göstərilir və ya göstərilməsindən imtina edilir
9. Xidmət istifadəçisi barədə məlumat
  • Azərbaycan Respublikası vətəndaşları
  • Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
10. Xidmətin həyata keçirilməsi müddəti, xidmət haqqı, xidmət ödənişli olduqda ödənilmə üsulları
  • Müddət: Fərdi Reabilitasiya Proqramına əsasən
  • Xidmət haqqı: Ödənişsiz
11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
  • Digər hallarda iş günlərində iş saatları ərzində
12. Xidmətin göstərilmə yeri
    13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
    • Sənədlərin natamamlığı
    • Hüquqi əsasın olmaması
    14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
    • şəxsiyyəti təsdiq edən sənədin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti) Əlilliyi olan şəxsin səhhətinə dair müayinə və müalicə ilə bağlı tibbi sənədlər Şəxsin əlilliyini müəyyən edən tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış (TSEK-nin qərarı)
    • TSEK tərəfindən əlilliyi olan şəxs üçün tərtib edilmiş Fərdi Reabilitasiya Proqramı
    • Xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri elektron qaydada əldə etmək mümkün olmadıqda kağız üzərində təqdim edilir.
    15. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
    • Əlilliyi olan şəxs və ya onun qanuni nümayəndəsi reabilitasiya müəssisələrində reabilitasiya xidmətinin göstərilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyalarına, reabilitasiya müəssisələrinə müraciət edir
    • Reabilitasiya xidmətinin göstərilməsi üçün əlilliyi olan şəxsin məlumatları qeydə alınır və xidmətin göstəriləcəyi vaxt və yer barədə məlumat verilir
    • Əlilliyi olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki reabilitasiya müəssisəsinin xidmətlərindən istifadə edir
    16. Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
    • "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan 30 gün müddətində yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər
    17. Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
    • Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi
    18. Xidmətin elektronlaşma səviyyəsi
    • Elektronlaşdırılmayıb
    19. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
    • Avtomatlaşdırılmayıb

    © 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi