Asan Aç

Sosial iş yerləri üzrə əməkhaqlarının qismən maliyyələşdirilməsi

1. Xidmətin adı
Sosial iş yerləri üzrə əməkhaqlarının qismən maliyyələşdirilməsi
2. Xidmətin ID nömrəsi
02-04-13-00
3. Xidmətlər üzrə təsnifat
  • Məşğulluq sahəsində göstərilən xidmətlər
4. Xidməti həyata keçirən struktur bölmənin adı
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
5. Xidmətin hüquqi əsası

1. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”

6. Xidmət üzrə daxil olan müraciətlərin formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsilə
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
  • "DOST" mərkəzləri
  • Elektron sistemlər
8 Xidmət üzrə cavablandırma formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsi ilə
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
9. Xidmətin nəticəsində imtina əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsası yoxdur
10. Xidmət istifadəçiləri
  • Əhali: Fərdi sahibkarlar
  • Qeyri-əhali: Hüquqi şəxslər
11. Xidmətin icrasını təmin edən Nazirliyin struktur qurumu
  • DMA
12. Xidmətin həyata keçirilməsinin ümumi müddəti
  • gün
13. Xidmətin həyata keçirilməsi müddəti
0
14. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
  • dəqiqə
15. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
30
16. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
  • gün
17. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
1
18. DOST operatoru tərəfindən xidmətin icra müddəti üzrə standart (dəqiqə ilə)
5
19. Xidmət haqqı
  • Ödənişsiz
20. Xidmətin göstərilmə yeri
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
21. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlər
  • Şəxsiyyət vəsiqəsi, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqəsi
  • İşəgötürənin VÖEN-i
  • İşəgötürənin Proqramda iştirak məqsədi ilə mövcud informasiya ehtiyatlarında ona aid fərdi və kommersiya xarakterli məlumatların sorğu edilməsinə dair razılığı
22. Xidmət üzrə addımlarla təlimat (DOST modeli)
  1. "DOST" Mərkəzinə müraciət edən şəxs məşğulluq istiqaməti üzrə növbə götürür.
  2. Növbəsinə uyğun olaraq məşğulluq istiqaməti üzrə müvafiq masaya yaxınlaşır.
  3. Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi proqramında iştirak etmək istəyən işəgötürənlər qeydiyyata alınmaq üçün müraciət etdikdə sosial agent tərəfindən şəxsə e-sosial.az internet portalı üzərindən “Əmək və Məşğulluq” altsisteminə daxil olmasına və həmin altsistemdə yerləşdirilmiş “Müraciət-Ərizə”ni doldurmasına köməklik göstərilir.
  4. Eyni zamanda işəgötürən şəxs “DOST" mərkəzində özünəxidmət məqsədilə quraşdırılmış daim internetə açıq olan kompüterlərə və ya xüsusi köşklərə yaxınlaşaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin “Əmək və Məşğulluq” altsistemində “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi” Qaydasının 1 nömrəli əlavəsinə uyğun olaraq “Sosial iş yerlərində işçilərin əməkhaqlarının maliyyələşdirilməsi üçün Ərizə”ni dolduraraq təsdiq edə bilər.

 

İşaxtaran şəxslər üçün:

  1. Dövlət Məşğulluq Agentliyinin müqavilə imzaladığı işəgötürənlərə sosial iş yerlərinə göndərişin verilməsi və göndərişə münasibətdə işəgötürənin qərarının təqdim edilməsinə əsasən işaxtaran tərəfindən qəbul edilmiş münasib iş təklifi əsasında “DOST” mərkəzinin səlahiyyətli şəxsi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş vakansiyaya göndəriş və işaxtaranın fərdi məşğulluq vərəqindən çıxarış “Əmək və Məşğulluq” altsistemi tərəfindən elektron qaydada işəgötürənə göndərilir və işaxtaranın şəxsi kabinetində yerləşdirilir.
  2. İşəgötürən “DOST” mərkəzinin təqdim etdiyi göndərişə əsasən işaxtaranın vakansiya üzrə işə qəbulundan imtina etməsi və ya vakansiyaya uyğun işlə təmin etməsi ilə bağlı qərarı barədə göndərişdə müvafiq qeydlər aparır və bu barədə məlumatı “Əmək və Məşğulluq” altsisteminə daxil edərək, gücləndirilmiş elektron imzası ilə təsdiqləyir.
23. Xidmət zamanı istifadə edilən informasiya sistemləri (resurslar və məlumatlar)
  • e-sosial.az
  • MEİS (Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi)
24. MEİS-in strukturuna daxil olan altsistemlər
  • “Vətəndaşların qəbulu” altsistemi
  • “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı
  • "Əmək və Məşğulluq" altsistemi
25. Xidmətin elektronlaşdırlma dərəcəsi
  • Tam
26. Xidmətin avtomatlaşdırılma dərəcəsi
  • Avtomatlaşdırılmayan

© 2023 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi