Asan Aç

İşsiz şəxslərə münasib işə dair göndərişin verilməsi və vakant iş yerinin tutulub-tutulmamasına dair işəgötürənin qərarının qəbul edilməsi

1. Xidmətin adı
İşsiz şəxslərə münasib işə dair göndərişin verilməsi və vakant iş yerinin tutulub-tutulmamasına dair işəgötürənin qərarının qəbul edilməsi
2. Xidmətin ID nömrəsi
05-04-08-00
3. Xidmətlər üzrə təsnifat
  • Məşğulluq sahəsində göstərilən xidmətlər
4. Xidməti həyata keçirən struktur bölmənin adı
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
5. Xidmətin hüquqi əsası

1. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”

6. Xidmət üzrə daxil olan müraciətlərin formaları
  • Şəxsən
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
  • "DOST" mərkəzləri
  • Elektron sistemlər
8 Xidmət üzrə cavablandırma formaları
  • Şəxsən
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
9. Xidmətin nəticəsində imtina əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsası yoxdur
10. Xidmət istifadəçiləri
  • Əhali: Azərbaycan Respublikasının vətəndaşları
  • Əhali: Əcnəbilər (daimi yaşamaq hüququ olan)
  • Əhali: Vətəndaşlığı olmayan şəxslər (daimi yaşamaq hüququ olan)
11. Xidmətin icrasını təmin edən Nazirliyin struktur qurumu
  • DMA
12. Xidmətin həyata keçirilməsinin ümumi müddəti
  • dəqiqə
13. Xidmətin həyata keçirilməsi müddəti
30
14. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
  • dəqiqə
15. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
30
16. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
    17. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
    0
    18. DOST operatoru tərəfindən xidmətin icra müddəti üzrə standart (dəqiqə ilə)
    30
    19. Xidmət haqqı
    • Ödənişsiz
    20. Xidmətin göstərilmə yeri
    • "DOST" mərkəzi
    • Regional "DOST" mərkəzi
    • "DOST" filialı
    21. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlər

    Şəxsiyyət vəsiqəsi, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi

    22. Xidmət üzrə addımlarla təlimat (DOST modeli)
    1. "DOST" mərkəzinə müraciət edən işaxtaran və işsiz şəxs məşğulluq istiqaməti üzrə növbə götürür.
    2. Növbəsinə uyğun olaraq məşğulluq istiqaməti üzrə müvafiq masaya yaxınlaşır.
    3. Müraciət edən şəxs tələb olunan sənədi sosial agentə təqdim edir.
    4. Sosial agent tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Əmək və Məşğulluq” altsisteminin “Vakansiyalar” bölməsində yerləşdirilmiş münasib işlər haqqında işaxtaran və işsiz şəxsə məlumat verilir.
    5. İşaxtaran və işsiz şəxs ona təklif olunan işə razılığını bildirdikdən sonra sosial agent tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş münasib işə göndəriş elektron qaydada işəgötürənə göndərilir və işaxtaran və işsiz şəxsin şəxsi kabinetində yerləşdirilir.
    6. İşəgötürən Mərkəzin təqdim etdiyi göndərişə əsasən işaxtaranın vakansiya üzrə işə qəbulundan imtina etməsi və ya vakansiyaya uyğun işlə təmin etməsi ilə bağlı qərarı barədə göndərişdə müvafiq qeydlər aparır və bu barədə məlumatı MAS-a daxil edərək, gücləndirilmiş elektron imzası ilə təsdiqləyir. Həmin qərar işaxtaran və işsiz şəxsin şəxsi kabinetində yerləşdirilir.
    7. Eyni zamanda işaxtaran və işsiz şəxslər "DOST" mərkəzində özünəxidmət məqsədilə quraşdırılmış daim internetə açıq olan kompüterlərə və ya xüsusi köşklərə yaxınlaşaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "e-sosial.az" internet portalı vasitəsilə "Məşğulluq AS işaxtaranlar” hissəsinə daxil olaraq “Vakansiyalar” bölməsində mövcud olan boş iş yerləri ilə tanış ola bilərlər.
    23. Xidmət zamanı istifadə edilən informasiya sistemləri (resurslar və məlumatlar)
    • e-sosial.az
    • MEİS (Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi)
    24. MEİS-in strukturuna daxil olan altsistemlər
    • “Vətəndaşların qəbulu” altsistemi
    • “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı
    • "Əmək və Məşğulluq" altsistemi
    25. Xidmətin elektronlaşdırlma dərəcəsi
    • Tam
    26. Xidmətin avtomatlaşdırılma dərəcəsi
    • Avtomatlaşdırılmayan

    © 2023 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi