Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərə və toplanışlarda olan hərbi vəzifəlilərə və mülki müdafiə qüvvələrinin şəxsi heyətinə və ya həmin şəxslərin vərəsələrinə dövlət icbari şəxsi sığorta ödənişlərinin təyin edilməsi

1. Xidmətin adı
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərə və toplanışlarda olan hərbi vəzifəlilərə və mülki müdafiə qüvvələrinin şəxsi heyətinə və ya həmin şəxslərin vərəsələrinə dövlət icbari şəxsi sığorta ödənişlərinin təyin edilməsi
2. Xidmətin məzmunu
3. Xidmətin aid olduğu təsnifat
    4. Xidməti həyata keçirən dövlət qurumunun adı
    • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (Dövlət Sosial Müdafiə Fondu)
    • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi)
    5. Xidmətin hüquqi əsası
    1. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli 296-IQ nömrəli Azərbaycan Respublikası Qanunu.
    2. Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 18 may 2021-ci il tarixli 1340 nömrəli Fərmanı.
    3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası" 
    6. Xidmətin həyata keçirilmə formaları
    • Xidmət yerinə şəxsən və ya nümayəndəsi gəlməklə
    • Özünəxidmət (Elektron sistemlər vasitəsilə)
    • Poçt vasitəsilə
    7. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
      8. Xidmətin həyata keçirilməsinin nəticəsi
      9. Xidmət istifadəçisi barədə məlumat
      • Azərbaycan Respublikası vətəndaşları
      10. Xidmətin həyata keçirilməsi müddəti, xidmət haqqı, xidmət ödənişli olduqda ödənilmə üsulları
      11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
        12. Xidmətin göstərilmə yeri
        • DOST mərkəzləri və filiallarının inzibati binası
        • Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi və Regional Filiallarının inzibati binası
        13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
        • Sənədlərin natamamlığı
        • Hüquqi əsasın olmaması
        14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

        - hərbi qulluqçulara münasibətdə:

        • Şəxsiyyət vəsiqəsi
        • Vərəsəlik hüququ haqqında şəhadətnamə (həlak olması halında)
        • Sığortaolunanın ölüm haqqında şəhadətnaməsi (həlak olması halında)
        • Tibb müəssisəsinin həkim-məsləhət komissiyasının rəyi (xəsarət və ya xəstəlik nəticəsində 3 il müddətində ölüm halında)
        • Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (xəbərsiz itkin düşmə və məhkəmə qərarı ilə ölmüş elan edilmə halında)
        • Hərbi-həkim komissiyasının qərarı (əlillik halında)
        • Şəxsin əlilliyini təsdiq edən sənəd (əlillik halında)
        • Xəsarətin dərəcəsi və səbəbi barədə hərbi-həkim komissiyasının qərarı (ağır, az ağır və yaxud yüngül dərəcəli xəsarət alması halında)
        • Sığortaolunan hərbi xidmətdə (toplanışda) xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə, həkim komissiyasının rəyi

        Qeyd: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq, sənədlər müvafiq dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) əldə edilir. Bunun mümkün olmadığı hallarda həmin sənədlər ərizəçi tərəfindən kağız daşıyıcılarda təqdim edilir.

        15. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
        16. Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
        17. Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
        • “e-sosial” portalı
        • Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi
        18. Xidmətin elektronlaşma səviyyəsi
        • Qismən elektronlaşdırılıb
        19. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
        • Avtomatlaşdırılmayıb

        © 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi