1. 30 dekabr 2011-ci il tarixli, 275-IVQ nömrəli “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu
2. 28 iyun 2005-ci il tarixli, 958-IIQ nömrəli "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu
3. “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 62 nömrəli Qərarı
4. “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 noyabr 2013-cü il tarixli 320 nömrəli Qərarı
5. "İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 203 nömrəli Qərarı
6. "İnsan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 noyabr tarixli 180 nömrəli Qərarı
1. İnsan alveri qurbanı olan şəxs, onun arzusu nəzərə alınmaqla, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər "DOST" mərkəzinə müraciət edir.
2. Mərkəzin hüquqşünası və psixoloqu tərəfindən insan alveri qurbanı olan şəxslə sosial reabilitasiya və sosial müdafiənin təşkili məqsədilə söhbət aparılır, sosial reabilitasiyaya olan ehtiyacı müəyyənləşdirilir.
3. Mərkəzin Sosial xidmət məsələləri üzrə sosial agenti müraciəti qeydiyyata alır və şəxsin sosial yardım mərkəzinə və ya insan alveri qurbanları üçün sosial sığınacağa yerləşdirilməsinə qərar verilməsi üçün anonimlik qorunmaq şərtilə müraciət aidiyyəti üzrə arxa ofisə göndərilir.
4. Şəxsin insan alveri qurbanı olması barədə hüquq-mühafizə orqanlarına məlumat verilir.
© 2023 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi