Şəxsiyyəti təsdiq edən sənəd
İmtiyazlı şəxs olduğunu təsdiq edən müvafiq sənəd
Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən tərtib edilmiş sanatoriya-kurort müalicəsinə göstəriş
Müalicə profilinə uyğun sahə poliklinikasından sanator-kurort kartası
1. "DOST" mərkəzinə müraciət edən şəxs sosial xidmətlər istiqaməti üzrə növbə götürür.
2. Növbəsinə uyğun olaraq sosial xidmətlər üzrə müvafiq masaya yaxınlaşır və sənədləri sosial xidmətlər üzrə sosial agentə təqdim edir.
3. Mərkəzin sosial xidmət məsələləri üzrə sosial agenti tərəfindən sənədlərin tamlığı yoxlanılır.
4. Şəxs müalicə putyovkası üçün müraciət etdiyi təqdirdə sosial agent tərəfindən “Əmək və Məşğulluq” altsistemi vasitəsilə müraciət edən şəxsin (istirahət putyovkası üçün müraciət edənlər istisna olmaqla) işləyib-işləməməsi yoxlanılır.
5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə sosial agent müraciət edən şəxsin əlilliyi haqqında məlumatları yoxlayır.
6. Altsistemlər vasitəsilə məlumatlar yoxlanıldıqdan sonra şəxs müraciət ərizəsi yazır (zərurət yarandıqda DOST könüllüləri tərəfindən vətəndaşa köməklik göstərilir).
7. Ərizənin elektron surəti və altsistemlərdən alınan məlumatlar müraciətə əlavə edilir.
8. Müraciət sanatoriya-kurort putyovkası ilə təmin edilməsi üçün sosial agent tərəfindən növbə siyahısına əlavə edilir.
9. Növbəlilik prinsipinə uyğun olaraq müraciət etmiş şəxsin növbəsi çatdıqda sosial agent tərəfindən şəxsə bu barədə məlumat verilir və müvafiq qərar qəbul edilir.
10. Qəbul edilmiş qərar barədə məlumat müraciət edən şəxsin E-sosial portalındakı şəxsi kabinetində yerləşdirilir.
© 2023 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi