Azərbaycan Respublikası Prezidentinin təqaüdləri

Prezident təqaüdünün alınması üçün müraciət edilməsi

Prezident təqaüdünün alınması üçün şəxs bu hüququ yarandıqdan sonra Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

Prezident təqaüdünün keçmiş dövr üçün ödənilməsi

Prezident təqaüdü şəxsin müraciət etmə müddətindən  asılı olmayaraq, bu hüququn yarandığı gündən təyin edilir və ödənilir.

Prezident təqaüdünün növləri

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Təqaüdü almaq hüququ olan şəxslər kimlərdir?

Təqaüdün məbləği neçə manatdır?

2000 manat

Təqaüdün təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Hal-hazırda bu Prezident təqaüdü hər hansı bir dövlət qurumuna müraciət edilmədən proaktiv qaydada təyin edilir. Proaktiv qaydada təyin olunmadığı hallarda aşağıdakı sənədlərlə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edilir.

Tələb olunan sənədlərin siyahısı

 1

Şəxsiyyət vəsiqəsi

 2

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının surəti

 3

Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının ölüm haqqında şəhadətnaməsinin surəti (həmin ad şəxsin ölümündən sonra verildikdə və ya şəxs sonradan vəfat etdikdə)

 4

Şəxslərin Vətən Müharibəsi Qəhrəmanının təqaüd almaq hüququ olan ailə üzvləri olmasını təsdiq edən sənədlərin (Vətən Müharibəsi Qəhrəmanının övladlarına və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına münasibətdə həmin şəxslərin doğum haqqında şəhadətnamələrinin, valideynlərinə münasibətdə Vətən Müharibəsi Qəhrəmanının doğum haqqında şəhadətnaməsinin, habelə Vətən Müharibəsi Qəhrəmanının vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnaməsinin) surəti

 5

Vəfat etmiş Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının dul arvadının (ərinin) Vətən Müharibəsi Qəhrəmanı ilə nikahı haqqında şəhadətnamə

 6

Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının 23 yaşınadək övladının (övladlarının) peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisəsində təhsil alması barədə müvafiq təhsil müəssisəsinin arayışı

 7

Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının 18 yaşına çatmamış (təhsil alanlar təhsilini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan uşaq evlərində tərbiyə olunan qardaş və bacıları olduqda bu barədə həmin müəssisənin arayışı

 8

Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd)

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Təqaüdü almaq hüququ olan şəxslər kimlərdir?

Təqaüdün məbləği neçə manatdır?

1800 manat

Təqaüdün təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Hal-hazırda bu Prezident təqaüdü hər hansı bir dövlət qurumuna müraciət edilmədən proaktiv qaydada təyin edilir. Proaktiv qaydada təyin olunmadığı hallarda aşağıdakı sənədlərlə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edilir.

Tələb olunan sənədlərin siyahısı

 1

Şəxsiyyət vəsiqəsi

 2

“Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının surəti

 3

Azərbaycanın Milli Qəhrəmanının ölüm haqqında şəhadətnaməsinin surəti (həmin ad şəxsin ölümündən sonra verildikdə və ya şəxs sonradan vəfat etdikdə)

 4

Şəxslərin Azərbaycanın Milli Qəhrəmanının təqaüd almaq hüququ olan ailə üzvləri olmasını təsdiq edən sənədlərin (Azərbaycanın Milli Qəhrəmanının övladlarına və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına münasibətdə həmin şəxslərin doğum haqqında şəhadətnamələrinin, valideynlərinə münasibətdə Azərbaycanın Milli Qəhrəmanının doğum haqqında şəhadətnaməsinin, habelə Azərbaycanın Milli Qəhrəmanının vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnaməsinin) surəti

 5

Vəfat etmiş Azərbaycanın Milli Qəhrəmanının dul arvadının (ərinin) Azərbaycanın Milli Qəhrəmanı ilə nikahı haqqında şəhadətnamə

 6

Azərbaycanın Milli Qəhrəmanının 23 yaşınadək övladının (övladlarının) peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisəsində təhsil alması barədə müvafiq təhsil müəssisəsinin arayışı

7

Azərbaycanın Milli Qəhrəmanının 18 yaşına çatmamış (təhsil alanlar təhsilini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan uşaq evlərində tərbiyə olunan qardaş və bacıları olduqda bu barədə həmin müəssisənin arayışı

 8

Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd)

"Xalq" fəxri adına görə aylıq təqaüd

Təqaüdü almaq hüququ olan şəxslər kimlərdir?

Təqaüdün məbləği neçə manatdır?

200 manat

Təqaüdün təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Hal-hazırda bu Prezident təqaüdü hər hansı bir dövlət qurumuna müraciət edilmədən proaktiv qaydada təyin edilir. Proaktiv qaydada təyin olunmadığı hallarda aşağıdakı sənədlərlə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə və ya “DOST” mərkəzinə  müraciət edilir.

Tələb olunan sənədlərin siyahısı

1

Şəxsiyyət vəsiqəsi

2

 Fəxri adla təltif olunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının surəti

3

Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd)

"Əməkdar" fəxri adına görə aylıq təqaüd

Təqaüdü almaq hüququ olan şəxslər kimlərdir?

Təqaüdün məbləği neçə manatdır?

150 manat

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

Təqaüdü almaq hüququ olan şəxslər kimlərdir?

Təqaüdün məbləği neçə manatdır?

1500 manat

Təqaüdün təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlərin siyahısı

1

Şəxsiyyət vəsiqəsi

2

Fərdi təqaüdün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının surəti

3

Bank hesabının nömrəsi barədə arayış

4

Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd)

Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Təqaüdü almaq hüququ olan şəxslər kimlərdir?

Təqaüdün məbləği neçə manatdır?

Təqaüdün təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Hal-hazırda bu Prezident təqaüdü hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd toplanılmadan proaktiv qaydada təyin edilir.

20 Yanvar şəhidi ailəsinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Təqaüdü almaq hüququ olan şəxslər kimlərdir?

Təqaüdün məbləği neçə manatdır?

600 manat

Təqaüdün təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlərin siyahısı

1

Şəxsiyyət vəsiqəsi

2

“20 Yanvar şəhidi” fəxri adı ilə təltif olunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının surəti

3

20 Yanvar şəhidinin ölüm haqqında şəhadətnaməsinin surəti

4

Şəxslərin 20 Yanvar şəhidinin təqaüd almaq hüququ olan ailə üzvləri olmasını təsdiq edən sənədlərin (20 Yanvar şəhidinin övladlarına və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına münasibətdə həmin şəxslərin doğum haqqında şəhadətnamələrinin, valideynlərinə münasibətdə 20 Yanvar şəhidinin doğum haqqında şəhadətnaməsinin, habelə 20 Yanvar şəhidinin vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnaməsinin) surəti

5

20 Yanvar şəhidinin dul arvadının (ərinin) şəhidlə nikahı haqqında şəhadətnamə

6

20 Yanvar şəhidinin 23 yaşınadək övladının (övladlarının) peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisəsində təhsil alması barədə müvafiq təhsil müəssisəsinin arayışı

7

20 Yanvar şəhidinin 18 yaşına çatmamış (təhsil alanlar təhsilini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan uşaq evində tərbiyə olunan qardaş və bacıları olduqda bu barədə həmin müəssisənin arayışı

8

Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd)

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Təqaüdü almaq hüququ olan şəxslər kimlərdir?

Təqaüdün məbləği neçə manatdır?

 600 manat

Təqaüdün təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Hal-hazırda bu Prezident təqaüdü hər hansı bir dövlət qurumuna müraciət edilmədən proaktiv qaydada təyin edilir. Proaktiv qaydada təyin olunmadığı hallarda aşağıdakı sənədlərlə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edilir.

Tələb olunan sənədlərin siyahısı

1

Şəxsiyyət vəsiqəsi

2

Şəhid ailələrinə verilən vəsiqə

3

Şəhidin ölüm haqqında şəhadətnaməsinin surəti

4

Təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə

5

Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd)

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə (valideynlərinə, dul arvadlarına) Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Təqaüdü almaq hüququ olan şəxslər kimlərdir?

Təqaüdün məbləği neçə manatdır?

600 manat

Təqaüdün təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlərin siyahısı

1

Şəxsiyyət vəsiqəsi

2

Müraciət edən şəxsin Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçu ilə qohumluğunu təsdiq edən sənəd (valideynlərinə münasibətdə - hərbi qulluqçunun doğum haqqında şəhadətnaməsi, dul arvadına münasibətdə - nikah haqqında şəhadətnamə)

3

Şəxsin Əfqanıstanda Sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olması barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin arayışı

4

Şəxsin itkin düşmüş və yaxud ölmüş hesab edilməsi barədə məhkəmənin qətnaməsi

5

Ölüm haqqında şəhadətnamə

6

Təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat

7

Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd)

 Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Təqaüdü almaq hüququ olan şəxslər kimlərdir?

Təqaüdün məbləği neçə manatdır?

200 manat

Təqaüdün təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Hal-hazırda bu Prezident təqaüdü hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim etmədən proaktiv qaydada təyin edilir.

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Təqaüdü almaq hüququ olan şəxslər kimlərdir?

Təqaüdün məbləği neçə manatdır?

100 manat

Təqaüdün təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə:

Tələb olunan sənədlərin siyahısı

1

Şəxsiyyət vəsiqəsi (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti)

2

Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) ərizəsi

3

Onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surəti

4

Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd)

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən, ailə üzvü olmayan şəxslərə münasibətdə:

Tələb olunan sənədlərin siyahısı

1

Şəxsiyyət vəsiqəsi (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti)

2

Patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti

3

Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) ərizəsi

4

Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd)

Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxsə münasibətdə:

Tələb olunan sənədlərin siyahısı

1

Şəxsiyyət vəsiqəsi (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti)

2

Onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti

3

Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd)

Əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Təqaüdü almaq hüququ olan şəxslər kimlərdir?

Təqaüdün məbləği neçə manatdır?

100 manat

Təqaüdün təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Hal-hazırda bu təqaüd hər hansı bir dövlət qurumuna müraciət edilmədən proaktiv qaydada təyin edilir. 

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Təqaüdü almaq hüququ olan şəxslər kimlərdir?

Təqaüdün məbləği neçə manatdır?

330 manat

Təqaüdün təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlərin siyahısı

1

Şəxsiyyət vəsiqəsi (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti)

2

Böyük Vətən müharibəsi iştirakçısı vəsiqəsinin və ya Böyük Vətən müharibəsi iştirakçısı olması barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin arayışı;

3

“Leninqradın müdafiəsinə görə” medalının və ya “Leninqrad mühasirəsində yaşayan” döş nişanının vəsiqəsi

4

Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd)

Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Təqaüdü almaq hüququ olan şəxslər kimlərdir?

Təqaüdün məbləği neçə manatdır?

80 manat

Təqaüdün təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlərin siyahısı

1

Şəxsiyyət vəsiqəsi (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti)

2

“Müharibə veteranı” vəsiqəsinin surəti

3

Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd)

Əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Təqaüdü almaq hüququ olan şəxslər kimlərdir?

Təqaüdün məbləği neçə manatdır?

Təqaüdün təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlərin siyahısı

1

Şəxsiyyət vəsiqəsi (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti)

2

Əmək kitabçasının surəti

3

Fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi barədə diplomun surəti

4

Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd)

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

Təqaüdü almaq hüququ olan şəxslər kimlərdir?

Təqaüdün məbləği neçə manatdır?

300 manat

Təqaüdün təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Hal-hazırda bu Prezident təqaüdü hər hansı bir dövlət qurumuna müraciət edilmədən proaktiv qaydada təyin edilir. 

Bunları bilmək lazımdır

Təyin olunmuş təqaüdlər üzrə bank kartlarını istənilən "DOST" mərkəzlərindən əldə etmək mümkündür

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi