Şəxslərin məqsədli proqramlar çərçivəsində yaradılmış iş yerləri üzrə işlə təmin edilməsi

Məqsədli proqramlar dedikdə nə başa düşülür?

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədilə iş yerlərinin yaradılmasının “Məşğulluq haqqında”Azərbaycan Respublikasinin Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsini nəzərdə tutan aktiv məşğulluq tədbiridir.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kimlərdir?

Əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, 1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha artıq uşağı olan, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər

Məqsədli proqramlar necə həyata keçirilir?

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müsabiqə yolu ilə seçilən işəgötürənlərin iştirakı ilə həyata keçirilir.

Hansı şərtlərlərə uyğun olan işəgötürənlər məqsədli proqramların həyata keçirilməsinə dair müsabiqədə iştirak edə bilərlər?

Məqsədli proqramların həyata keçirilməsinə dair müsabiqədə hansı işəgötürənlərin iştirakına yol verilmir?

Dövlət orqanlarının (qurumlarının), bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin

Məqsədli proqramların həyata keçirilməsinə dair müsabiqədə hansı işəgötürənlərə üstünlük verilir?

Məqsədli proqramlar üzrə əmək bazarında ən çox tələb olunan peşələr üzrə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün münasib və dayanıqlı iş yerləri yaradan işəgötürənlərə

Məqsədli proqramların həyata keçirilməsinə dair müsabiqədə qalib olmuş işəgötürənlə hansı müddətdə müqavilə bağlanılır?

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında müvafiq məqsədli proqramın istiqamətləri, tərəflərin hüquq və vəzifələri, habelə məsuliyyəti göstərilməklə məqsədli proqramın həyata keçirilməsinə dair 3 (üç) illik müddətə müqavilə bağlanılır

Məqsədli proqramın həyata keçirilməsi çərçivəsində qəbul ediləcək hər iş yerinə görə ayrılacaq vəsaitin məbləği hansı qurum tərəfindən müəyyən edilir? 

Məqsədli proqramın həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan və 2 (iki) ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi ilə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarının və ya “DOST” mərkəzlərinin göndərişi əsasında işçi qəbul ediləcək hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləği  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilir.

Bunları bilmək lazımdır

İşəgötürənlər hər müsabiqəyə yalnız 1 (bir) layihə təqdim edə bilərlər və layihə çərçivəsində yaradılacaq iş yerlərinin sayı işəgötürənin mövcud işçi sayının 10 (on) faizi miqdarınadək, lakin ümumilikdə 20 iş yerindən çox ola bilməz.  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən olunmuş vəsaitin məbləğindən çox olmamaqla, iş yerlərinin yaradılması ilə bağlı xərclərin 75 faizədək hissəsi Agentlik tərəfindən, azı 25 faizi isə işəgötürən tərəfindən ödənilir

İşəgötürən və Dövlət Məşğulluq Agentliyi arasında bağlanan müqavilə müddətində işəgötürənlərin məqsədli proqramların həyata keçirilməsinə dair digər müsabiqədə iştirakına yol verilmir.

Müqavilənin qüvvədə olduğu müddət ərzində işçinin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a”, “ç” və “d” bəndləri istisna olmaqla işəgötürənin təşəbbüsü ilə xitam verilərsə, həmin iş yerinin yaradılması ilə bağlı xərclərin geri qalan hissəsi işəgötürənə ödənilmir və işəgötürənə ödənilmiş məbləğ Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürülür

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi