Əmək münasibətləri sahəsində verilən arayışlar
Hansı arayışlar təqdim olunur?
- İş yerinə dair arayış
- Son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati cərimənin tətbiq edilməsi halının mövcud olmaması barədə" arayış- Tender arayışı
Arayışların hansı formaları var?
- Elektron arayış- mygov və ya e-social.gov.az portalı vasitəsilə təqdim edilir.
- Blankda arayış- Fiziki formada blankda arayış əldə etmək üçün müraciət daxil olduğu halda təqdim edilir.
Kimlər arayış almaq üçün müraciət edə bilər?
- Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş yerlərinə arayışı əldə etmək üçün müraciət edə bilərlər.
- Hüquqi şəxslər və ya onların nümayəndələri tender arayışlarını əldə etmək üçün müraciət edə bilərlər.
İş yerinə dair arayış necə əldə olunur?
Mygov və ya e-social.gov.az internet portalında “İş yerinə dair arayış” bölməsi seçilməklə, açılan pəncərədən əmək haqqı, son etibarlılıq tarixi, arayışın təyinatı, əlaqə məlumatı, arayışın təqdim olunacağı yer məlumatları əlavə edilməklə arayış əldə olunur.
Tender arayışı necə əldə olunur?
İşəgötürənin esosial hesabına keçid etməklə, “İnzibati cərimələr haqqında arayış” -bölməsindən işəgötürən VÖEN və ya FİN kod məlumatlarınə və İnzibati xətanın növü-192.1 seçilməklə elektron formada yeni arayış əldə olunur.
Eləcə də, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əmək və məşğulluq altsistemində mövcud olan məlumatlar əsasında blankda arayış hazırlanaraq təqdim olunur.
Tələb olunan sənədlər hansılardır?
- Şəxsiyyət vəsiqəsi
- Müraciət nümayəndə vasitəsi ilə edildikdə - etibarnamə
- Arayışlar müraciət edən şəxslərə real vaxt rejimində təqdim olunur.
| Bunları bilmək lazımdır |
|
Arayışların təqdim olunması ödənişsiz həyata keçirilir.
|