Asan Aç

Dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının “Məzun evi” sosial müəssisəsində mənzillə təmin edilməsi

Müəssisənin tam adı

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi

 

Ünvanı

Abşeron rayonu, Masazır kəndi, “Duz zavodu” yolu, 2-ci massiv, ev 1

 

Müəssisənin məqsədi

Müəssisə dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunlarının yaşaması üçün yaradılmışdır.

 

Müəssisəyə qəbul

Müəssisəyə valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan dövlət uşaq müəssisələrinin məzunları, onların öz istəkləri nəzərə alınmaqla, qəbul edilirlər.

Müəssisəyə qəbul Azərbaycan Respublikasının Təhsil Nazirliyinin hər tədris ilinin sonunda dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etdiyi siyahı əsasında aparılır.

 

Aşağıdakı hallarda məzuna yaşayış sahəsi verilməsindən imtina edilir

Burada qeyd olunan sənədlər tam təqdim edilmədikdə;

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdud və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

Sənədlərə baxılanadək müddətli həqiqi hərbi xidmətə çağırıldıqda;

Ətrafdakılara təhlükə yaradan yoluxucu xəstəliklərin daşıyıcısı olduqda.

 

Tələb olunan sənədlərin siyahısı
1

Şəxsiyyəti təsdiq edən sənəd

2

Dövlət uşaq müəssisəsi tərəfindən verilmiş arayış (dövlət uşaq müəssisəsini tərk etməsi və valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olması, yaşayış sahəsinin olmaması barədə məlumat)

3

Uşağın yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış

4

Sağlamlıq haqqında tibbi arayış (yoluxucu xəstəliklərin daşıyıcısı olub-olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə)

 

Məzunun mənzillə təmin edilməsi

Məzuna yaşayış sahəsinin verilməsi haqqında qərar qəbul edildikdə, dövlət ilə məzun arasında yaşayış sahəsindən əvəzsiz istifadə haqqında müddət göstərilmədən müqavilə bağlanılır.

 

Müqaviləyə vaxtından əvvəl aşağıdakı hallarda xitam verilir

 

Bunları bilmək lazımdır

Müəssisəyə qəbul edilən məzunların kommunal xərcləri ilk 6 (altı) ay müddətində Müəssisə tərəfindən ödənilir.

Müəssisəyə yerləşən 23 yaşınadək olan məzun əgər dövlət və ya özəl ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alırsa, həmin şəxsin kommunal xərcləri təhsil aldığı müddətdə Müəssisə tərəfindən ödənilir.

Məzunun istifadəyə götürdüyü yaşayış sahəsini dəyişmək, özgəninkiləşdirmək, kirayəyə və ya digər şəxsin istifadəsinə vermək hüququ yoxdur.

Müəssisədə hər bir mənzil bir məzun üçün nəzərdə tutulmuşdur.

© 2023 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi